Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalada sel daşqınlarına qarşı tədbirlər görülür

07.07.2025 [15:29]

Xəbərin mətni

Zaqatala ərazisindən 7 dağ çayı axır. Onlardan gur sululuğu ilə seçilənlərdən biri də Tala çayıdır. Ötən ay yağan güclü leysan yağışlarından sonra Tala çayından iki dəfə sel keçib. Bu zaman çayın axarı da dəyişib. Nəticədə sel Zaqatala şəhəri Nizami Gəncəvi küçəsi yaxınlığında beton bəndin alt qatını yuyub aparıb. Beləcə 80-100 metr məsafədə beton bənd xeyli dərəcədə çaya doğru əyilib. Həmçinin beton bəndin arxasında yarğanlar əmələ gəlib.