Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir

09.07.2025 [21:15]

Xəbərin mətni

OPEC+ fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycan bu prosesdə çox fəal iştirak edir. Bu gün biz bu əməkdaşlıq vasitəsilə təkcə qlobal neft bazarında deyil, ümumilikdə enerji bazarında sabitliyə öz töhfəmizi veririk. Bunu AZƏRTAC-a açıqlaması zamanı Vyanada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkəmizin OPEC+ formatı çərçivəsində fəaliyyətini qiymətləndirərkən bildirib.