Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarının ikinci günündə iqlim məsələləri müzakirə olunacaq
10.07.2025 [12:37]
Bu gün Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarının ikinci günüdür. Günün ilk yarısında diqqətlər iqlim gündəliyinə yönələcək. “COP29-dan COP30-a doğru” adlı yüksəksəviyyəli panel müzakirəsində Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və COP30-un Prezidenti, Braziliya səfiri Andre Korrea do Laqo çıxış edəcəklər.