Azərbaycan Dövlət İnformasiya Agentliyi

İrlandiyalı səyyah: Dostlarıma göndərdiyim poçt kartlarında möhtəşəm Şuşa qalası əks olunub

10.07.2025 [18:54]

Xəbərin mətni

Mən dünyada bir çox poçt məntəqəsində olmuşam. Oradan dostlarıma yadigar olaraq poçt kartları göndərirəm. Bu gün poçt kartlarını Şuşa şəhərindən göndərdim. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşaya səfər edən dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvü, irlandiyalı səyyah Devid Cozef Langan deyib.