Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabunçuda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs tutulub

11.07.2025 [16:21]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu rayonunda keçirilən növbəti əməliyyat zamanı 1986-cı il təvəllüdlü Emin Səmədov tutulub.