Naxçıvanda suvarma suyuna tələbatın ödənilməsi üçün Araz Su Anbarından yeni xətt çəkiləcək
14.07.2025 [13:16]
Xəbərin mətni
Bu il Naxçıvan Muxtar Respublikasının ərazisində yağıntıların miqdarı həddindən artıq az olub. Buna görə də su anbarlarının bəzilərində kifayət qədər su toplanılmayıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Emil Səfərov deyib.