Teyyub Ağayev: Ağdam rayonunun Kəngərli kəndinə qayıtdığımız üçün çox sevinirik
17.07.2025 [10:26]
Xəbərin mətni
Ağdam rayonunun Kəngərli kəndinə qayıtdığımız üçün çox sevinirik, gözəl hisslərimiz var. İnanırıq ki, bundan sonra sülh və əmin-amanlıq şəraitində yaşayacağıq. Bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Kəngərli kəndinə köçən sakin Teyyub Ağayev söyləyib.