Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

17.07.2025 [10:59]

Xəbərin mətni

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər köçürülüb.