Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Gülməmmədov: Türkiyə ilə iqlim dəyişikliyi və kənd təsərrüfatı üzrə auditlərin aparılması nəzərdə tutulub

17.07.2025 [15:00]

Xəbərin mətni

Bu gün Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin iclası keçirilir. Bu tədbir ilk dəfədir ki, Bakıda təşkil olunur. Azərbaycan Respublikası Hesablama Palatası ASOSAI-nın İdarə Heyətinin üzvüdür. İdarə Heyəti bu gün əvvəlki dövrlərdə görülmüş işlərə dair hesabatı təqdim edir. Eyni zamanda, 2026-2028-ci illər üzrə strateji planı müəyyən edir, növbəti üç ildə həyata keçiriləcək tədbirlərlə bağlı təkliflərdən ibarət plan hazırlayır. Həmçinin ASOSAI-nın İşçi qruplarının gördükləri işlərə dair hesabatlar dinlənilir. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.