Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid-jurnalist Məhərrəm İbrahimova həsr olunan “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib

17.07.2025 [18:57]

Xəbərin mətni

Hər ömür bir nəğmədir, dünyaya “salam” verəndən ona “əlvida” deyənə qədər bu nəğmə yazılır. Kiminin nəğməsinin ömrü qısa, kimininki uzun olur. Elə nəğmə də olur ki, o, həmişə səslənir, əbədiyyət ömrü qazanır. 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalına layiq görülmüş Məhərrəm İbrahimov bu dünyaya cəmi 39 il qonaq olsa da, onun ömür nəğməsi əbədi olaraq eşidiləcək... AZƏRTAC xəbər verir ki, bu fikirlər iyulun 17-də Mətbuat Şurasında şəhid-jurnalist Məhərrəm İbrahimova həsr olunan “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimat mərasimində səslənib.