Heyvanların qeydiyyata alınması nə üçün vacibdir?
18.07.2025 [10:40]
Xəbərin mətni
Heyvanların identifikasiyası və qeydiyyatı təhlükəsiz heyvan mənşəli qida məhsullarının istehsalının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun departament müdiri Yavər Məmmədov deyib: “Heyvan sağlamlığının və rifahının qorunması, xəstəliklərin vaxtında diaqnostikası və qarşısının alınması, təsərrüfatların səmərəli idarəolunması, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də, itmiş heyvanların operativ şəkildə tapılması kimi amillər də bu prosesin əhəmiyyətini artırır.