Qonaq qaldığı evdən 12 minlik qızıl oğurlayan şəxs saxlanılıb
18.07.2025 [14:49]
Xəbərin mətni
Masallı rayonu ərazisində yerləşən evlərin birindən 12 min manat dəyərində qızıl-zinət əşyaları və içərisində 710 manat olan bank kartının oğurlanması barədə polisə məlumat daxil olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Fərman Babayev saxlanılıb.