Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli mətbuatın yaranmasının 150 illiyi münasibətilə “8 noyabr” Elektrik Stansiyasına mediatur təşkil olunub

18.07.2025 [16:46]

Xəbərin mətni

Azərbaycan Milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə “AzərEnerji” ASC ötən ay istismara verilən, ölkəmizdə öz növündə ən böyük və ən strateji obyektlərdən biri olan “8 noyabr” Elektrik Stansiyasına mediatur təşkil edib. Məqsəd media nümayəndələrini elektrik stansiyası ilə tanış etmək, onların energetika sektoru ilə bağlı bilgilərini artırmaq, milli mətbuatın yaranmasının ildönümünü enerji mərkəzi olan Mingəçevirdə qeyd etmək olub.