Sosial Xidmətlər Agentliyinin əməkdaşı: İndiyədək 230-dan çox ukraynalı uşaq ölkəmizdə reabilitasiya proqramlarına cəlb edilib
18.07.2025 [16:58]
Xəbərin mətni
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən dövrdə, ümumilikdə, 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək müxtəlif reabilitasiya proqramlarına cəlb edilib. Belə səfərlərin məqsədi həmin uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə, eyni zamanda, onların cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.