Ağdam Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb
19.07.2025 [14:59]
Xəbərin mətni
Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Bunu Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib.