Sergey Markov: Biz Prezident İlham Əliyevlə Qlobal Forumda dialoqu səbirsizliklə gözləyirik
19.07.2025 [15:30]
Xəbərin mətni
İlham Əliyev MDBMİ-ni bitirmiş, müasir dünyanın ən təcrübəli liderlərindən biridir. Qalib ölkəni təmsil edən lider, nəinki müharibədə qalib gəlib, Qarabağı azad edərək, nəzarəti tam bərpa edib. Bu səbəbdən bir çox dünya liderləri ondan Qələbənin sirrini öyrənmək istəyirlər. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Şuşa şəhərində keçiriləcək “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı Qlobal Forumunda iştirak etmək üçün Qarabağa gələn rusiyalı politoloq Sergey Markov deyib.