Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qayıdış könüllüləri” Ağdam rayonunda humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış olub

19.07.2025 [15:59]

Xəbərin mətni

Minalar və partlamamış hərbi sursatların təhlükəsi Azərbaycan və ümumiyyətlə bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən problemlərdən biridir. Minalanmış ərazilərin təmizlənməsi və mina təhlükəsi barədə ictimaiyyətin məlumatlandırılması Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əsas fəaliyyət istiqamətlərindən biridir. Lakin bu fəaliyyətin yalnız texniki işlərlə məhdudlaşmaması, ictimai dəstəyin və vətəndaş məsuliyyətinin artırılması da olduqca vacibdir.