Xocalıda fəaliyyətə başlayan zavodun illik kərpic istehsalı 16 milyondan çoxdur
19.07.2025 [17:58]
Xəbərin mətni
İşğaldan azad olunmuş ərazilərdə yeni istehsal müəssisələrinin qurulması və əhalinin məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritetlərindən biridir. İyulun 18-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Xocalı kərpic zavodunda 60 nəfər daimi işlə təmin edilib. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur.