Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xanyurdu sakini: Kəndə köçəndən sonra ilk qonağımız Prezident oldu

19.07.2025 [22:22]

Xəbərin mətni

“Öncə Prezidentimizə minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində doğma torpaqlarımıza qayıtdıq. Mənim uşaqlığım burada keçib. Buranı tərk edəndə 13 yaşım var idi. Artıq doğulduğum, uşaqlığımın keçdiyi torpağımıza qayıtmışam”. Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xanyurdu kənd sakini Rasim Cavadov söyləyib.