Avropa Xəbər Agentlikləri Alyansının baş katibi: AZƏRTAC-la əlaqələrimiz çoxşaxəlidir və qarşılıqlı dəstəyə əsaslanır
20.07.2025 [16:07]
Xəbərin mətni
Biz media sahəsində fəaliyyət göstərən qurumlar olaraq daim əməkdaşlıq və informasiya mübadiləsi içindəyik. Bu əməkdaşlığın mühüm tərəfdaşlarından biri də Azərbaycan Dövlət İnformasiya Agentliyidir. AZƏRTAC-la əlaqələrimiz çoxşaxəlidir və qarşılıqlı dəstəyə əsaslanır. AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi III Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” mövzulu paneldə deyib.