Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Euronews Baku”nun baş icraçı direktoru: Media işçiləri informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayır

20.07.2025 [16:10]

Xəbərin mətni

Biz, media işçiləri olaraq informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayırıq. Medianın əsas missiyalarından biri yalnız informasiya ötürmək deyil, həm də insanları maarifləndirmək və onları oxuduqları, izlədikləri məlumatların təbii səbəbini anlamağa təşviq etməkdir. AZƏRTAC xəbər verir ki, bu sözləri “Euronews” telekanalının aparat rəhbəri, “Euronews Baku”nun baş icraçı direktoru Fernando Soares III Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” mövzusunda paneldə deyib.