Forum iştirakçısı: Peşəkar jurnalistin vəzifəsi həqiqəti üzə çıxarmaq və obyektiv informasiyanı cəmiyyətə çatdırmaqdır
20.07.2025 [16:12]
Xəbərin mətni
Bugünkü media mühitində istənilən şəxs - istər sosial şəbəkə istifadəçisi, istərsə də bloger özünü tənqidçi və hətta araşdırmaçı jurnalist kimi təqdim edə bilir. Bu, medianın demokratikləşməsi baxımından müsbət görünsə də, eyni zamanda bizim - peşəkar jurnalistlərin məsuliyyətini daha da artırır. AZƏRTAC xəbər verir ki, bu sözləri “AnewZ” telekanalının müxbiri Oubai Şahbandar III Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” mövzusunda paneldə deyib.