Prezidentin xüsusi nümayəndəsi: Burada təkcə mərkəzdə yox, digər kəndlərdə də bərpa işləri aparılır
20.07.2025 [21:18]
Xəbərin mətni
Biz çox böyük məmnuniyyətlə qeyd etmək istəyirik ki, Laçın şəhəri Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin iştirakı ilə Zirvə görüşünün, həmçinin bir çox beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. İyunun əvvəlində Laçında MDB-nin mədəniyyət paytaxtının rəsmi açılış mərasimi olub. Sizin iştirakınızla keçirilən bu tədbir bunu bir daha sübut edir. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada deyib.