Cənubi koreyalı professor: Azərbaycanla bağlı saysız-hesabsız feyk xəbər var
21.07.2025 [12:16]
Xəbərin mətni
Süni intellektin jurnalistika və media sahəsinə təsiri danılmazdır. Biz burada yalan xəbərlərə, saxta məlumatlara, dezinformasiyaya və digər bu kimi hallara qarşı mübarizə aparmaq üçün toplaşmışıq. Belə platformada bir araya gəlmək, media haqqında danışmaq imkanı məni həqiqətən sevindirir. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Cənubi Koreyanın Xarici Tədqiqatlar Universitetinin professoru, Şuşa Qlobal Media Forumu iştirakçısı Gi Voong Jung deyib.