SİMDNX "Azərsun Holdinq" MMC-ə məxsus müəssisə ilə bağlı inzibati araşdırmaya başladı
23.07.2025 [16:12]
Xəbərin mətni
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) əməkdaşları tərəfindən suların istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə növbəti nəzarət tədbiri keçirilib. Agentlikdən verilən məlumata görə, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanında fəaliyyət göstərən “Bakı Qida və Yağ Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsalat zamanı formalaşan tullantı sularının xüsusi çəkilmiş boru xətti vasitəsilə Sumqayıtçaya axıdılması faktına rast gəlinib.