Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADY: Nərimanov-Böyükşor və Keşlədə mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir

23.07.2025 [19:40]

Xəbərin mətni

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimanov-Böyükşor, Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir. Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev söyləyib.