Çində əkiz pandaların ad günü mərasimi keçirilib
24.07.2025 [21:20]
Çində Yu Ke və Yu Ay adlı əkiz bacı-qardaşın 3 yaşı münasibəti ilə ad günü mərasimi keçirilib. Çonçin şəhərindəki heyvanxada saxlanılan Yu Ke adlı erkək panda ad günündə bambuk tumurcuqlarından və meyvələrdən hazırlanmış tort yeyib. Habelə qarğıdalıdan hazırlanan ad günü tacının da dadına baxıb. Onun bacısı Yu Ay isə gözündən müalicə alması ilə əlaqədar doğum gününü qardaşı ilə birlikdə heyvanxananın nümayiş zonasında qeyd edə bilməyib. Buna baxmayaraq, Yu Ay zoopark işçilərinin hazırladığı meyvəli ad günü tortunu ləzzətlə yeyib.
Qeyd edək ki, 2022-ci ildə Çonçin heyvanxanasında doğulan əkiz pandaların adları internet sorğusu əsasında seçilib.