Nazir: Naxçıvan yataqları ilə bağlı hesabat beynəlxalq investorları cəlb etməyə imkan verəcək
25.07.2025 [17:46]
Xəbərin mətni
Naxçıvanda ilin sonlarına qədər yataqların beynəlxalq standartlara və tələblərə uyğun hesabatının hazırlanması işləri yekunlaşacaq. Bu da həmin yataqlara beynəlxalq investorları cəlb etməyə imkan verəcək. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev deyib.