Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət olunub

26.07.2025 [17:36]

Xəbərin mətni

Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının 6-cı ildönümü ilə əlaqədar müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Namiq İslamzadə bir qrup hərbi qulluqçu ilə İkinci Şəhidlər xiyabanını ziyarət edib.