Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib
29.07.2025 [18:03]
Bu gün saat 13:00 radələrində Şamaxı rayonu ərazisində “Ford Transit” markalı avtomobil yolun kənarında dayanan “Niva”, daha sonra isə “VAZ-2107” markalı avtomobilə dəyib. Nəticədə “VAZ”-ın sərnişini, nəqliyyat vasitəsinin yanında dayanan 44 yaşlı Rasim Ömərov hadisə zamanı aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.