Azərbaycan Dövlət İnformasiya Agentliyi

"YAŞAT" Fondunun nümayəndəsi: Şəhid övladları ilə bağlı layihələrin davam etdirilməsi planlaşdırılır

06.08.2025 [16:54]

Xəbərin mətni

Artıq üçüncü ildir ki, "YAŞAT" Fondu tərəfindən Avropada şəhidlərimizin övladları üçün yay məktəbi təşkil olunur. Həmin layihə bu il də ötənilki kimi London şəhərində həyata keçirildi. London Universitet Kollecinin nəzdində reallaşdırıldı. Həmin universitet dünyada ən reytinqli 10 universitetdən biri hesab olunur. Layihə iştirakçıları 9-cu sinfin buraxılış imtahanlarında ən yüksək nəticə əldə etmiş 10 şəhid övladından ibarət oldu. Proqram iki həftə müddətində davam etdi. Layihənin əsas məqsədi şəhid övladlarının dil biliklərini artırmaq, onları yeni mədəniyyətlərlə tanış etmək, yeni dostluqlar, tanışlıqlar qazanmalarına dəstək olmaqdır. Bunu jurnalistlərə açıqlamasında "YAŞAT" Fondunun nümayəndəsi Əhyə Salamova deyib.