Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Ağayev: “Food City Agrocomplex” fermer‐ixracatçıların məhsullarını 10-dan artıq ölkəyə ixrac edilməsinə dəstək göstərib

08.08.2025 [11:26]

Xəbərin mətni

Food City Agrocomplex ölkənin şimal bölgəsində, beynəlxalq nəqliyyat dəhlizlərinə yaxın ərazidə yerləşən, 11 hektarlıq müasir infrastrukturla təchiz olunmuş, idxal-ixrac, tranzit və təkrar ixrac üzrə ixtisaslaşmış çoxfunksiyalı logistik mərkəzdir. Burada yalnız terminal və anbar xidmətləri deyil, həm də beynəlxalq səviyyəli karantin, toksikoloji, fiziki-kimyəvi, fitopatoloji və molekulyar-bioloji analizləri həyata keçirən qida təhlükəsizliyi laboratoriyası fəaliyyət göstərir. Kompleksimiz, Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır. Bu sözləri jurnalistlərə açıqlamasında “Food City Agrocomplex”in baş icraçı direktor Anar Ağayev deyib.