Azərbaycan Dövlət İnformasiya Agentliyi

"20 Yanvar" stansiyasında doğulan körpə metrodan pulsuz istifadə edəcək - Rəsmi Açıqlama

08.08.2025 [14:00]

Xəbərin mətni

Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək. Bunu AZƏRTAC-a müsahibəsində “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.