Dünyanın diqqəti Azərbaycan və ABŞ-ın strateji tərəfdaşlığının yeni mərhələsinə yönəlib
08.08.2025 [22:56]
Xəbərin mətni
Bütün dünyanın diqqəti Azərbaycan və ABŞ-ın strateji tərəfdaşlığının yeni mərhələsinə yönəlib. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüş keçirəcək. Görüşün sonunda iki lider arasında mühüm sənədin imzalanması planlaşdırılır. Bundan sonra Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin keçiriləcək üçtərəfli görüşü isə regional siyasətdə dönüş nöqtəsi kimi tarixə düşəcək. İkitərəfli münasibətlərin inkişafı, regional təhlükəsizlik və sülh gündəliyinin əsas istiqamətləri masa arxasında müzakirə olunacaq. Diqqət, həmçinin, imzalanması gözlənilən mühüm sənədlərə yönəlib.