Prezident: Ermənistan konstitusiyası dəyişiləndə Azərbaycana ərazi iddiasının oradan çıxarılacağına şübhə etmirəm
09.08.2025 [03:01]
Xəbərin mətni
Şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişiləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə, Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.