Azərbaycan Dövlət İnformasiya Agentliyi

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs olunub

12.08.2025 [11:53]

Xəbərin mətni

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Fidan Cəfər qızı Bağırlı saxlanılıb.