AHİK: Sanatoriyalara və istirahət mərkəzlərinə yollayış alanların sayı artıb
12.08.2025 [15:13]
Xəbərin mətni
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən vətəndaşlara bu ilin 7 ayı ərzində sanatoriya və istirahət mərkəzlərinə getmək üçün 31 min 937 yollayış verilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 21 min 989 olub. Bu da 1, 5 dəfə artım deməkdir. Bu, e-ahik.az elektron sisteminin işə düşməsi və onlayn “Kurort” Turizm İnformasiya Mərkəzinin yaradılmasının nəticəsidir. Bu barədə AHİK-də keçirilən mətbuat konfransında konfederasiya sədrinin müşaviri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov bildirib.