Baş mühəndis: Fövqəladə hallara hazırlıq yalnız texniki məsələ deyil, həm də insanların həyatını qorumaq məsuliyyətidir
14.08.2025 [20:26]
Xəbərin mətni
“Sea Breeze Resort” istirahət və yaşayış kompleksində keçirilən bugünkü təlim fövqəladə hallara hazırlığın və təhlükəsizlik mədəniyyətinin artırılmasına mühüm töhfədir. Fövqəladə hallara hazırlıq yalnız texniki məsələ deyil, həm də insanların həyatını qorumaq məsuliyyətidir. AZƏRTAC xəbər verir ki, bunu “Sea Breeze Nardaran İnvest” MMC-nin texniki təhlükəsizlik üzrə baş mühəndisi Cavanşir Zərbəliyev jurnalistlərə açıqlamasında bildirib.