Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib
16.08.2025 [21:09]
Xəbərin mətni
Füzuli rayonu 11 saylı Qayıdış qəsəbəsində Azərbaycan Güləş Federasiyasının, Füzuli Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhid mayor Elnur Əliyevin anadan olmasının 49-cu ildönümünə həsr edilən sərbəst güləş üzrə dördüncü Respublika turniri keçirilib.