5 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı
30.07.2015 [15:00]
AZƏRTAC xəbər verir ki, bu gündən 5 saylı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayır. Bununla da Respublika üzrə istifadəyə verilən "ASAN xidmət" mərkəzlərinin sayı 9-a çatdı. Nizami rayonu Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı "ASAN xidmət" mərkəzi iki mərtəbədən ibarətdir.