Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİN sürücüləri yollarda təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

18.08.2025 [12:16]

Xəbərin mətni

DİN tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmini, sürücü mədəniyyətinə əməl olunmasının təşviqi və vətəndaşlarla mütəmadi olaraq nəzarət-profilaktik tədbirlərin aparılması daim diqqətdə saxlanılır. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzaların sayının minimuma endirilməsi, bir sözlə, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas məqsədlərdən biri kimi müəyyən edilib. Radar sadəcə bir qurğu deyil, qaydalara və insan həyatının qorunmasına xidmət edən texniki vasitədir. Bugünədək baş verən qəzaların təhlili bir daha onu sübut edir ki, yol nişanlarının tələblərinə məhəl qoymayıb, avtomobili sürətlə idarə etmək, yalnız radar qurğularına yaxınlaşan zaman sürəti aşağı salmaq ağır faciələrlə nəticələnən hadisələrə səbəb olur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) çağırışında bildirilib.