Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tacikistandan olan mütəxəssislər ANAMA-nın əməkdaşlarına təlimlər keçib

18.08.2025 [14:09]

Xəbərin mətni

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarına Tacikistan Milli Minatəmizləmə Mərkəzinin mütəxəssisləri tərəfindən mürəkkəb relyefli ərazilərdə minatəmizləmə əməliyyatları üzrə on iki gün müddətində nəzəri və praktiki təlimlər keçirilib. Təlimlər ANAMA ilə meşə və dağlıq ərazilərdə minatəmizləmə fəaliyyətində təcrübəyə malik Tacikistan Milli Minatəmizləmə Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq təşkil edilib.