Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Zəfər” şahmat turniri qaliblərinin Şuşa şəhərinə infoturu təşkil olunub

20.08.2025 [11:28]

Xəbərin mətni

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Zəfər” şahmat turnirinin qaliblərinin Şuşa şəhərinə infoturunu təşkil edib. Tədbir Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.