MİQ-in müsahibə mərhələsinə start verilib
20.08.2025 [11:59]
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib. Müsahibə mərhələsində 4 minə yaxın namizədin iştirakı nəzərdə tutulub. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.