BDYPİ moped və motosiklet sürücülərinin ən çox yol verdikləri qayda pozuntularını açıqlayıb
21.08.2025 [17:25]
Xəbərin mətni
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bildirir ki, moped və motosikletlərin idarə olunmasında yol hərəkəti qaydalarına əməl edilməməsi yollarda ciddi təhlükə mənbəyinə çevrilir. Bu nəqliyyat vasitələrinin texniki xüsusiyyətləri onların təhlükəsizliyini digər nəqliyyat vasitələrinə nisbətən daha aşağı edir. Belə ki, avtomobillərdə mövcud olan təhlükəsizlik kəməri, hava yastığı və digər qoruyucu sistemlər moped və motosikletlərdə nəzərdə tutulmayıb. İki təkər üzərində hərəkət etmək isə balansın itirilməsi ehtimalını daha da artırır.