Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahin Baxşəliyev: Xıdırlı kəndinə qayıtmağımız bizim üçün əlamətdar və tarixi hadisədir

22.08.2025 [10:56]

Xəbərin mətni

Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə qayıtmağımız bizim üçün əlamətdar və tarixi hadisədir. Doğulub boya-başa çatdığımız kəndə köçdüyümüz üçün sevincliyik. Bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Şahin Baxşəliyev söyləyib.