Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xıdırlı sakini: Çox xoşbəxtəm ki, 65 yaşımda öz doğma kəndimə qayıdıram

22.08.2025 [10:59]

Xəbərin mətni

Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkün düşəndə mənim 33 yaşım var idi. Çox xoşbəxtəm ki, 65 yaşımdan öz doğma kəndimə qayıdıram. Bu sevinci bizə yaşatdığı üçün Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk, uzun ömür, cansağlığı arzulayırıq. Torpaqlarımızın azad olunmasında əvəzsiz zəhməti olan şəhidlərə Allahdan rəhmət, yaralananlara cansağlığı diləyirik. Bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Aybəniz Baxşəliyeva söyləyib.