Xidmət nümayəndəsi: 20 ailə Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində məskunlaşıb
22.08.2025 [12:39]
Xəbərin mətni
Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu ailələr Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində məskunlaşıblar. Bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat şöbəsinin müdiri Nuranə Babayeva jurnalistlərə müsahibəsində deyib.