“Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb
24.08.2025 [13:50]
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğınla mübarizə tədbirləri davam edir.