Muxtar Babayev: Hazırda əsas diqqət yaşıl təhsil üzərində cəmlənib
25.08.2025 [18:13]
Xəbərin mətni
Hazırda əsas diqqət yaşıl təhsil üzərində cəmlənib. COP29 çərçivəsində formalaşdırılan irsimiz də məhz bu istiqamətə yönəlib. Məktəblər və universitetlərdə müxtəlif təhsil proqramları vasitəsilə gənclərə iqlimlə bağlı bilik və bacarıqlar aşılanır. Bu fikirləri COP29-un sədri, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev avqustun 25-də Şamaxıda keçirilən COP29 İqlim Dəyişikliyi üzrə yay düşərgəsinin açılış mərasimində səsləndirib.